Misirdə PARTLAYIŞ - Ölənlərin sayı 44-ə çatdı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Misirdə PARTLAYIŞ - Ölənlərin sayı 44-ə çatdı (YENİLƏNDİ)

Misirdə kilsələrdə partlayış törədilib.

Bu gün Misirin Tanta və İsgəndəriyyə şəhərlərində terrorçu-kamikadzelər tərəfindən kilsələrdə törədilən partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb, 100-dən çox yaralı var.

Publika.az xəbər verir ki, bunu Misir Səhiyyə Nazirliyi açıqlayıb.

Son məlumatlara görə, Tanta şəhərində kilsədə törədilən partlayışda 31 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 13 nəfər ölüb.

14:32

Bu gün Misirin Tanta şəhərində kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Al-Mayadin" telekanalı məlumat yayıb.

Bundan əvvəl 25 nəfərin öldüyü, 50 nəfərin yaralandığı açıqlanıb.

Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsənin ibadət zalında partlayış törədilib. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

13:02

Misirdə kilsədə baş verən partlayış qurbanlarının sayı 15-ə çatıb, 50 nəfərdən çox adam xəsarət alıb.

Publika.az Trend-ə istinadən bildirir ki, ilkin məlumata əsasən partlayış Misirin Qarbiyə əyalətində Tanta şəhərində "Maq Qirqis" kilsəsində baş verib.

Qeyd edək ki, son məlumata əsasən Tanta şəhərinə ikinci partlayış baş verib.

12:25

Misirin Tanta şəhərində kilsə yaxınlığında partlayış baş verib.

Publika.az Trend-ə istinadən bildirir ki, bu haqda "Mohit" portalı xəbər verib.

Məlumata görə, hadisə nəticəsində ölənlər olacağı istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm