Dünya
Türkiyədə 36 PKK terrorçusu zərərsizləşdirildi
Türkiyənin Diyarbəkir, Şırnkak, Batman, Tunceli, Hakkari və Qars vilayətlərində həftə ərzində keçirilmiş anti-terror əməliyyatları zamanı 36 PKK terrorçusu zərərsizləşdirilib.
Publika.az report.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Terror qruplaşmasının üzvləri artıq uzun müddətdir Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına hücumlar təşkil edirlər.
Ölkə hakimiyyətinin bu vəziyyəti nizamlamaq yollarını tapmaq üçün səylərinə baxmayaraq, PKK 2016-cı ilin iyulundan silahlı hücumlara yenidən start verib. Həmin vaxtdan bu günə kimi 500-ə yaxın mülki sakin və təhlükəsizlik qüvvələrinin 800 əməkdaşı terrorçular tərəfindən öldürülüb. Anti-terror əməliyyatlarının gedişində təhlükəsizlik qüvvələri tərəfindən 10 mindən çox terrorçu məhv edilib və həbs olunub.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına salıb.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO