ABŞ Ukraynadakı referendumun nəticələrini tanımadı
Bizi izləyin

Dünya

ABŞ Ukraynadakı referendumun nəticələrini tanımadı

ABŞ Donetsk və Luqansk bölgələrində Rusiya tərəfdarlarının respublika yaradılması üçün təşkil etdiyi referendumun nəticələrini tanımayacaqlarını bildirib.

ABŞ Donetsk və Luqansk bölgələrində Rusiya tərəfdarlarının respublika yaradılması üçün təşkil etdiyi referendumun nəticələrini tanımayacaqlarını bildirib.

Dövlət Katibliyinin nümayəndəsi Cen Psaki açıqlamasında keçirilən referendumun Ukrayna qanunlarına zidd olduğunu əsas gətirərək, nəticələri tanımayacaqlarını bəyan edib.

Psaki referendumun keçirilməsində məqsədin ölkədə qarışıqlıq yaradılmasına istiqamətləndiyini deyib:

"Vladimir Putinin 7 mayda separatçılara çağırışının nəticə verməməsinə səbəb referendumun keçirilməsinə maneə törətmək üçün nüfuzundan istifadə etməməsidir. Rusiya ordusunun da sərhəddən geri çəkilməməsi bizi təəssüfləndirdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm