Kiyevdə güclü PARTLAYIŞ - YENİLƏNİB
Bizi izləyin

Dünya

Kiyevdə güclü PARTLAYIŞ - YENİLƏNİB

Ölən və yaralananlar haqda məlumat yoxdur.

Hüquq-mühafizə orqanları Kiyev mərkəzində gecə saatlarında baş verən partlayış yerində partlayıcı qurğunun elementlərini aşkar ediblər. Bu haqda Kiyev polisinin mətbuat xidməti bildirib.

Polisin məlumatına görə, naməlum şəxlər küçəyə naməlum predmet atıblar və o partlayıb. Partlayış nəticəsində zərərçəkən yoxdur.

****

Kiyevdə ötən gecə saat 1 radələrində güclü partlayış olub.

Publika.az xəbər verir ki, hadisə şəhərin Vladimir 4 ünvanında baş verib. Güclü partlayış dalğası ərazi yaxınlığında yerləşən bank və restoranların şüşələrini sındırıb.

Ərazi yaxınlığında yerləşən binanın birinci mərtəbəsi, eləcə də avtomobillər zərər görüb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən və yaralananlar haqda məlumat yoxdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm