Dünya
“İŞİD-i Rusiya ilə mübarizə üçün saxlayaq” – Trampa ŞOK TƏKLİF
“Terrorçularla mübarizə Vaşinqtonun xeyrinə deyil”.
Publika.az xəbər verir ki, bunu “The New York Times” qəzetinin köşə yazarı Tomas Fridman “Tramp Suriyada İŞİD-lə niyə mübarizə aparır” başlıqlı yazısında bildirib.
Fridman faktiki olaraq ABŞ-ı Suriyada İŞİD-lə mübarizəni dayandırmağa çağırır.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İŞİD-ə mövcud olmağa icazə verməlidir. Müəllifin fikrincə, İŞİD Suriya lideri Bəşər Əsəd, İran, Rusiya və “Hizbullah” üçün “baş ağrısı” kimi qalmalıdır.
Fridman etiraf edir ki, qlobal planda İŞİD-lə mübarizə lazımdır, ancaq terror qruplaşması Qərbi İraqa və Suriyanın çox hissəsinə nəzarət edir.
“Onların hədəfi Suriyada Bəşər Əsəd rejimi və onun müttəfiqləri, İraqda isə İranın şiə rejimi ilə mübarizə aparmaqdır. ABŞ Suriyada İŞİD-i məhv etsə, bununla da Əsəd, İran, Rusiya və “Hizbullah”a təzyiqi azaldacaq”, - müəllif əlavə edib.
Ömər Dağlı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu