“Tramp 2020-ci ildə...” - BƏDBİN PROQNOZ
Bizi izləyin

Dünya

“Tramp 2020-ci ildə...” - BƏDBİN PROQNOZ

Tramp seçkilər tarixində ən az reytinqi olan prezidentdir

“ABŞ prezidenti Donald Trampı 2020-ci ildə ikinci müddətə yenidən seçməyəcəklər”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlə demokrat senator Berni Sanders çıxış edib.

“Hakimiyyətinin birinci üç ayına gəlincə, Donald Tramp seçkilər tarixində ən az reytinqi olan prezidentdir. İnanmıram ki, Tramp bu siyasəti davam etdirəcəyi halda, onu 2020-ci ildə yenidən seçəcəklər. Həmçinin, 2018-ci ilin respublikaçılar üçün yaxşı olacağını düşünmürəm”, - senator əlavə edib.

Qeyd edək ki, Sanders ABŞ-da prezident seçkiləri kampaniyasının əsas iştirakçılarından biri idi. O, Demokratlar Partiyasında keçirilən praymerizdə Hillari Klintona uduzub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm