14 uşaq qidadan zəhərləndi
Bizi izləyin

Dünya

14 uşaq qidadan zəhərləndi

Onlarda qusma və zəhərlənmənin digər əlamətləri müşahidə edilib.

Rusiyada 14 uşaq qidadan zəhərlənib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Buryatiya Respublikasının Kabansk rayonu ərazisində baş verib.

Rusiyanın Təhiqat Komissiyasının Buryatiya üzrə Təhqiqat Komissiyasının rəsmi nümayəndəsi Dmitri Stolyarov bildirib ki, təhqiqatçılar faktla bağlı araşdırmaya başlayıblar. Təhqiqat Komissiyasının ilkin məlumatınaa görə, Selenqinsk qəsəbəsindəki məktəbin 10-dan çox uşağı tərbiyəçilərə özlərini pis hiss etmələrindən şikayətləniblər. Onlarda qusma və zəhərlənmənin digər əlamətləri müşahidə edilib.

Qeyd edək ki, hadisə çərşənbə günü baş verib. Belə ki, Selenqinsk Mərkəzi Rayon Xəstəxanasına internat məktəbindən 9-17 yaşlı 12 uşaq yerləşdirilib. Uşaqların hamısı yerli xəstəxananın infeksiya şöbəsində müalicə olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm