XƏBƏRDARLIQ: Pxenyan yenə ballistik raket buraxacaq
Bizi izləyin

Dünya

XƏBƏRDARLIQ: Pxenyan yenə ballistik raket buraxacaq

Nüvə sınaqlarının keçiriləcəyi istisna olunmur.

Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora yaxın zamanlarda Pxenyan tərəfindən ballistik raketlərin buraxılacağını və ya nüvə sınaqlarının keçiriləcəyini istisna etməyib.

Trend-in məlumatına görə, rusiyalı diplomat bu barədə Şimali Koreya mətbuatında eyhamlı məlumatların yer aldığını bildirib.

Səfirin sözlərinə görə, aprelin 15-də qeyd olunacaq Şimali Koreyanın keçmiş rəhbəri Kim İr Senin 105 illiyi ərəfəsində ölkədə “əlamətdar hadisələrin” baş verəcəyi barədə məlumatlar mətbuatda yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm