İstanbulda referendumu izləyən KİV təmsilçilərinin sayı AÇIQLANDI
Bizi izləyin

Dünya

İstanbulda referendumu izləyən KİV təmsilçilərinin sayı AÇIQLANDI

Türkiyədə keçirilən ümumxalq səsverməsini izləmək üçün İstanbulda fəaliyyət göstərən "Referendum 2017" media mərkəzlərində 255 KİV təmsilçisi qeydiyyatdan keçib.

Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin İstanbul bölgə müdiri Nəcməddin Altındaş AZƏRTAC-a bildirib ki, səsvermə ilə bağlı qeydiyyatdan keçən KİV nümayəndələrindən 156-sı xarici ölkələrdən gələnlər, qalanları isə yerli media təmsilçiləridir. Xarici KİV nümayəndələri 33 ölkədən olmaqla 97 təşkilatı təmsil edirlər.

Qeyd edək ki, Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV nümayəndələri üçün "Referendum 2017" media mərkəzləri yaradılıb. Rəsmi məlumata görə, referendumla əlaqədar bu ölkəyə 601 xarici KİV təmsilçisi gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm