Dünya
“Rusiya heç vaxt Krımı tərk etməyəcək” - Prezidentliyə namizəddən ETİRAF
“Rusiya heç vaxt Krımı tərk etməyəcək və Krım tarixən Rusiya ərazisidir”.
Publika.az xəbər verir ki, bunu Fransa mərkəz sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq baş nazir Fransua Fiyon “Figaro” qəzetinə müsahibəsində deyib.
“Rusiyanın Krımdan getməsi üçün inad etmək və bu haqda danışmaq faydasızdır. Bu, heç vaxt bu olmayacaq”, - sabiq baş nazir vurğulayıb.
Fiyonun fikrincə, Krımla bağlı vəziyyət BMT-nin himayəsi altında xüsusi beynəlxalq konfransın köməyi ilə nizama salına bilər.
Qeyd edək ki, Fransada prezidentliyə digər namizəd ultrasağçı “Milli Cəbhə” Partiyasının lideri Marin Le Pen də Krımın Rusiya tərəfindən ilhaqını tanıyır. O, sonuncu dəfə - yanvar ayında BFM televiziyasına müsahibəsində Krımın Rusiyaya birləşdirilməsinin qanuni olduğunu deyib.
“Mən bu anneksiyanı qanunsuz saymıram. Referendum olub, Krım əhalisi Rusiyanı seçib. Mən bu referendumu şübhə altına qoyan heç nə görmürəm”, - Le Pen bildirib.
Ömər Dağlı
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI