Dünya
İsrailin sabiq baş naziri həbs edildi
İsrailin sabiq Baş naziri Ehud Olmertə 6 il həbs cəzası verilib.
Keçmiş nazir rüşvət almaqda təqsirli bilinib. Bu ilin martında Tel-Əviv dairə məhkəməsi sübut etmişdi ki, Ehud Olmert Qüds şəhərinin meri olduğu vaxtlarda bir iş adamından 500 min şekel, yəni 140 min dollar həcmində rüşvət alıb.
Rüşvət müqabilində Olmert həmin iş adamının Qüds şəhərində bir tikinti layihəsində maraqlarını müdafiə edib. 68 yaşlı keçmiş Baş nazir özü isə bu gün hökmün oxunması zamanı bir daha özünü təqsirli olmadığını bəyan edib.
Olmertlə birlikdə daha 12 nəfər də müttəhimlər kürsüsündə əyləşib. Onların arasında Qüds administrasiyasının bir sıra keçmiş nümayəndələri, Qüdsün keçmiş meri və iş adamları da var. Sabiq Baş nazirə qarşı rüşvətxorluqdan başqa digər maddələrlə də ittihamlar irəli sürülmüşdü, lakin o, həmin maddələr üzrə bəraət alıb.
Qeyd edək ki, Ehud Olmert İsrail tarixində açılmış istintaq işindən dolayı öz vəzifəsindən istefa verməli olan və həbs cəzası alan ilk Baş nazir olub. /Ans tv/
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO