Dünya
ABŞ-ın MƏXFİ SURİYA PLANI: ölkə parçalanır, Türkiyə və Rusiya... - XƏRİTƏ
Türkiyənin “Aydınlıq” qəzeti ABŞ-ın müharibədən sonra
Suriyanın bölünməsi üçün hazırladığı xəritəni yayıb.
Publika.az xəbər verir ki, Şamda qəzetə danışan rusiyalı
mənbə ABŞ-ın Suriyanın bölünməsi planının olduğunu açıqlayıb.
Bu plana görə, Suriya İraq kimi bütöv dövlət olacaq, lakin
reallıqda hissələrə bölünəcək.
Xəritə
Suriyanın şərqi ABŞ-ın nəzarətində olan PYD-yə (PKK-nın Suriya
qolu), qərb bölgəsi və sahil xətti Rusiyanın nəzarətindəki Suriya
hökumətinə, “Fərat qalxanı” əməliyyatının keçirildiyi ərazilər
Türkiyənin nəzarətinə, cənub hissəsi isə ABŞ, İsrail və
İordaniyanın dəstəklədiyi silahlı qruplara veriləcək.
ABŞ: Rakka, Haseke və Deyr Zor bölgəsi
Rusiya: şimal-cənub istiqamətində Hələb və Şam
Türkiyə: Əl-Bab və ətraf bölgələr
Münbiç Türkiyənin nəzarətindəki bölgə ilə PYD kantonları arasında
xüsusi statusa malik olan ərazi olacaq. İordaniya sərhədindən Şamın
şərqindəki Kalamun dağlarına qədər olan ərazi isə ABŞ, İsrail və
İordaniyanın İŞİD-ə qarşı hücum və müdaxilə sahəsi olacaq.
Hədəf
“Aydınlıq” ABŞ-ın niyə Suriyanın şərq ərazisini istədiyini də
açıqlayıb.
“Vaşinqtonun gözünü dikdiyi bölgə iqtisadi və coğrafi baxımdan
Aralıq dənizindən İrana qədər olan bölgənin əsas mərkəzini tələb
edir. ABŞ-ın Rakka, Haseke və Deyr-Zor bölgəsinə nəzarət etməklə üç
hədəfi var: İran və Livan arasında hərbi və siyasi dəhlizi kəsmək,
Suriyanın zəngin neft yataqlarını və əkin sahələrini ələ keçirmək,
Türkiyə ilə ərəb dünyası arasındakı bağlantını PYD kantonları ilə
aradan qaldırmaq”, - deyə qəzet vurğulayıb.
Rusiyalı mənbə ABŞ-ın xəritəsinin Moskvada araşdırıldığını
deyib.
Asif
-
Sosial19:50
Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON İDDİALAR
-
Rəsmi xronika19:41
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Sosial19:36
Deputatın təsis etdiyi şirkət AzTV-yə sendviç satacaq - TƏFƏRRÜAT
-
Nəqliyyat19:00
İmişli İcra Hakimiyyəti yolu fantastik qiymətə çəkmək istədi - Şişirdilmiş rəqəmlər
-
Qoroskop17:35
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
-
Sosial17:24
Bakıda restoranda saxta araq satırmışlar
-
Qarabağ 16:39
Putin Əliyev və Paşinyanla "Zəngəzur dəhlizi"ni MÜZAKİRƏ EDİB? - Peskov açıqladı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...