Əsədin xarici işlər nazirindən Türkiyəni hirsləndirəcək AÇIQLAMA
Bizi izləyin

Dünya

Əsədin xarici işlər nazirindən Türkiyəni hirsləndirəcək AÇIQLAMA

“Suriyalı kürdlərin mübarizəsi tam ədalətlidir".

Suriyanın xarici işlər naziri Velid Muallim PKK terror təşkilatı ilə bağlı Türkiyənin etirazına səbəb olacaq bəyanat verib.

Publika.az “Reuters”ə istinadən xəbər verir ki, Velid Muallim PKK-nın Suriya qanadı olan PYD terror təşkilatının fəaliyyətinə haqq qazandırıb.

Nazir deyib ki, Suriyada yaşayan kürdlərin mübarizəsi haqlı addımdır:

“Suriyalı kürdlərin mübarizəsi tam ədalətlidir. Onların buna haqqı çatır. ABŞ da PYD-ni buna görə dəstəkləyir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm