Romada partlayış baş verib - FOTO
Bizi izləyin

Dünya

Romada partlayış baş verib - FOTO

Aventino küçəsində poçt şöbəsinin yaxınlığında partlayış baş verib.

İtaliyanın paytaxtı Romanın mərkəzində, Aventino küçəsində poçt şöbəsinin yaxınlığında partlayış baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda RaiNews24 telekanalı bildirib.

Partlayış nəticəsində ölən və yaralanan yoxdur. Hadisə yerində polislər və yanğınsöndürənlər işləyirlər. Partlayış bir avtomobilə zərər vurub.

Hazırda fövqəladə hadisənin səbəbləri aydınlaşdırılır və heç bir versiya, həmçinin əldəqayırma partlayıcı qurğudan istifadə istina edilmir.

İstintaq orqanlarının məlumatına görə, iki avtomobilin arasında qoyulan qurğu partlayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm