20 yaşlı qız əməliyyat masasında öldü
Bizi izləyin

Dünya

20 yaşlı qız əməliyyat masasında öldü

Türkiyənin Yüksekova rayon sakini 20 yaşlı Harika Kaplan şiddətli bilək ağrısı ilə xəstəxanaya müraciət edib.

Publika.az xəbər verir ki, 20 yaşlı qız biləyindəki yaranın şidətli ağrılarına dözə bilmədiyi üçün əməliyyata alınıb.

Əməliyyat masasında qızın orqanizmi bədəninə yeridilən dərmana kəskin reaksiya verib. Bundan sonra vəziyyəti qəflətən pisləşən 20 yaşlı qızın həyatını xilas etmək mümkün omayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm