Tramp müsəlmanlara qarşı qadağa barədə çağırış etdi
Bizi izləyin

Dünya

Tramp müsəlmanlara qarşı qadağa barədə çağırış etdi

Keçən həftə Tramp administrasiyası fərmanın hərəkətini bərpa etmək xahişi ilə Ali Məhkəməyə müraciət edib.

ABŞ prezidenti Donald Tramp növbəti dəfə bir sıra müsəlman ölkələrin vətəndaşlarının ABŞ ərazisinə girişinə qadağanın müdafiəsi ilə bağlı çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident bu haqda Tvitter səhifəsində yazıb.

Donald Tramp Ali Məhkəməni tezliklə bu qərara yenidən baxmasına çağırıb.

“Ədliyyə Nazirliyi Ali Məhkəmədən qadağanın müzakirəsini tələb etməli və daha sərt varianta nail olmalıdır”, - Amerika prezidenti yazıb.

Xatırladaq ki, Trampın martın 6-da imzaladığı yeni fərmanla altı əsasən müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə müvəqqəti qadağa tətbiq edilib. Amerika məlumatlarına görə, bu ölkələr terrorçulara yardım göstərirlər və ya terrorçuların sığınacağına çevriliblər. Birinci analoji fərman yanvarın 27-də, yəni, inaqurasiyadan bir həftə sonra verilib. İlk fərmanda “qara siyahı”ya yeddi dövlət (Suriya, İraq, Livan, İran, Somali, Yəmən və Sudan) daxil edilmişdi. Fərmanın ikinci versiyasında İraq siyahıdan çıxarılıb.

Keçən həftə Tramp administrasiyası fərmanın hərəkətini bərpa etmək xahişi ilə Ali Məhkəməyə müraciət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm