London terroruyla bağlı iki şəxsin adı açıqlandı
Bizi izləyin

Dünya

London terroruyla bağlı iki şəxsin adı açıqlandı

İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.

Cinayətin London sakinləri, 27 yaşlı Pakistan əsilli Xuram Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduan tərəfindən törədildiyi ehtimal edilir.

İyunun 3-də “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm