İraqda dəhşətli işgəncələrin görüntüləri yayıldı - ŞOK VİDEO
Bizi izləyin

Dünya

İraqda dəhşətli işgəncələrin görüntüləri yayıldı - ŞOK VİDEO

“Və bu insanlar ABŞ-ın müttəfiqləridir”.

İraq hərbiçilərin tətbiq etdiyi dəhşətli işgəncələrlə bağlı görüntülər yayılıb.

Publika.az xəbər verir ki, görüntülər Rusiyanın “Russia Today” (RT) kanalı tərəfindən dərc edilib.

Görüntülərə görə, hərbçilər terrorizmdə şübhəli bilinən şəxslərdən etiraf almaq üçün onlara işgəncə verirlər və döyürlər. İki qardaş olduğu deyilən şəxslər gördüyü işgəncələrdən sonra həlak olublar.

Təsdiq edilməmiş informasiyaya görə, işgəncələri tətbiq edən formasında ABŞ tərəfindən dəstəklənən İraq ordusunun elit bölməsinin hərbiçiləridir. Hərbiçilər qardaşları İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli hesab edirlər. Amma İraq sərhəd xidmətinin məlumatına görə, qardaşlar dinc sülh sakinlərdir və İŞİD-lə əlaqələri yoxdur. Onlardan birinin avtomobil satıcısı, digərinin isə mağaza sahibi olduğu bildirilir.

RT qeyd edir ki, İraq hərbiçilərinin hərəkətlərini inkvizisiya ilə müqayisə etmək olar.

“Və bu insanlar ABŞ-ın müttəfiqləridir”, - telekanalın müxbiri Murad Qazdiyev bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm