Anasının yerinə başqasını dəfn etdi - DƏHŞƏTLİ VİDEO
Bizi izləyin

Dünya

Anasının yerinə başqasını dəfn etdi - DƏHŞƏTLİ VİDEO

İddia əsasında açılan məzarda həqiqətən də başqa qadının cəsədi olduğu aşkarlanıb.

Adananın Kozan bölgəsindəki xəstəxanalardan birində cəsədlər qarışıq düşüb.

Publika.az xəbər verir ki, bölgənin Kozan dövlət xəstəxanasında eyni gündə dünyasını dəyişən iki qadının cənazəsi səhv verilib. Çiftçioğlu ailəsi dəfn üçün xəstəxanadan analarının cəsədini istəyib. Xəstəxana onlara səhvən Esenboğan ailəsinin cəsədini verib.

Cəsədlər dəfn olunduqdan sonra Çiftçioğlu ailəsindən bir nəfər xəstəxanada cəsədlərin səhv düşdüyünə dair iddia qaldırıb. İddia əsasında açılan məzarda həqiqətən də başqa qadının cəsədi olduğu aşkarlanıb.

Esenboğanlar ailəsinə məxsus cəsəd yenidən xəstəxananın morquna qaytarılıb. Xəstəxana tərəfindən ailəyə xəbər verildikdən sonra hər iki cəsəd dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Xəstəxana rəhbərliyi baş verən dəhşətli hadisə ilə bağlı ailələrdən üzr istəyib və lazımı tədbirlərin görüləcəyini bildirildi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm