Dünya
Rusiya Litvadan 72 milyard dollar tələb etdi - ŞOK SƏBƏB
İşğala görə kompensasiyalar haqqında Baltikyanı ölkələrin siyasətçilərinin bəyanatları absurddur.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Vilnüsdəki səfiri Aleksandr Udalsov “Litva kuryeri” qəzetinə müsahibəsində deyib.
Səfir qarşılıqlı tələblərin irəli sürülməsi imkanının olduğunu bildirib. Diplomat vurğulayıb ki, Litva Sovet İttifaqının tərkibinə daxil olmasına kimi aqrar ölkə idi və Avropada yaşayış keyfiyyəti üzrə son yerlərdən birini tuturdu və sənaye məhsulunun istehsalat səviyyəsi SSRİ üzrə orta göstəricidən üç dəfə aşağı idi.
“Ölkənin genişmiqyaslı sənayeləşməsi yalnız Böyük Vətən Müharibəsindən sonra başlanıb. İttifaq büdcəsindən 1940-1990-cı illərdə respublikanın iqtisadiyyatına 65 milyard dollar sərmayə qoyulub. Beləliklə, Rusiyadan kompensasiya tələb edilməsi haqqında Litva tərəfindən məsələnin qoyuluşu qanunsuzdur və hətta absurddur. Rusiya vaxtilə ittifaq büdcəsinin ən böyük donoru olaraq Litvadan xərclərin kompensasiyasını tələb etməkdə haqlıdır. RSFSR-dən mineral xammal və enerji resurslarının güzəştli qiymətlərlə çatdırmalarının ümumi məbləği 72 milyard dollardan çoxdur.
Qeyd edək ki, 2016-cı ildə Litva, Latviya və Estoniyanın ədliyyə nazirləri Moskvadan işğala görə kompensasiya tələb ediblər.
Ömər Dağlı
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...
-
Magazin110:18
Xoşqədəm verilişində təhdid edildi - VİDEO
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR