Dünya
Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqələri olacaqmı?- İrəvana rəsmi cavab
“Ermənistanın Avrasiya İttifaqına girişi haqqında sənəd bir iyun tarixinə kimi hazır olacaq. Ermənistan ittifaqa Dağlıq Qarabağsız qoşulmağa məcburbur. Bu məsələ hətta müzakirə edilmir”.
Publika.az – ın verdiyi xəbərə görə, bu sözləri Minsk-İrəvan-Astana-Moskva telekörpüsündə Avrasiya İqtisadi Komissiyasının İnkişaf və İnteqrasiya Departamentinin Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Anton Azarov deyib.
Ermənistan və “DQR” arasında sərhədlərin olmaması İrəvanın əsas şərtidir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov da bildirib ki, Gömrük Şurasına üzv olacağı halda Ermənistan və “DQR” arasında nəzarət buraxılış məntəqələri ola bilməz. Avrasiya İqtisadi Komissiyası isə Ermənistanın bu şərti ilə razı deyil. Xüsusilə, Belorus və Qazaxıstan Azərbaycan ilə yaxşı münasibətlərini nəzərə alaraq Avrasiya İttifaqının sərhədlərinin əvvəlcədən müəyyənləşdirilməsinin vacib olduğunu bildirir.
Telekörpüdə iştirak edən Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Artak Zakaryan A.Azarovun bəyanatına cavab olaraq deyib ki, Dağlıq Qarabağ Avrasiya İqtisadi Məkanın coğrafi ərazisində yerləşir və Qarabağ probleminin siyasi həllindən sonra “Avrasiya İttifaqı daxilində inteqrasiya prosesləri yeni impuls alacaq”.
Lakin tədbir başa çatdıqdan sonra Ermənistan rəsmisi yenə də Ermənistanla Qarabağ arasında gömrük məntəqəsi qoyulacağı ehtimalı istisna edib. “Ermənistan respublikası ilə Dağlıq Qarabağ arasında heç bir şəraitdə gömrük sərhədi ola bilməz”, - Artak Zakaryan jurnalistlərə deyib.
Ermənistan Xarici İşlər Nazirliyində Anton Azarovun bəyanatını şərh etməkdən imtina ediblər. Amma Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın mətbuat katibi David Babayan bəyanatı şərh edib: “Aydındır ki, Dağlıq Qarabağ bu ittifaqa daxil olmayacaq. Biz bunun üçün müraciət etməmişik, çünki hələ də münaqişənin nizama salınması ilə bağlı problemlər mövcuddur. Sərhədlərə gəlincə, düşünmürəm ki, hansısa dəyişikliklər olacaq. Ermənistan və Dağlıq Qarabağın yüksək inteqrasiyasını nəzərə alaraq sərhəddə gömrük məntəqələrinin qurulması mümkün deyil”.
Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin rəhbəri Manvel Sarkisyan da Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqələrinin qurulmasının mümkün olmadığını vurğulayıb.
Rəsmi Yerevan Gömrük İttifaqına daxil olmaq üçün bütün sənədlərin hazırlandığını və artıq bu il rəsmən Gömrük Şurasının üzvü olacağını, Avrasiya İqtisadi İttifaqının yaradılmasında təsisçi kimi çıxış edəcəyini dəfələrlə bəyan edib. Lakin aprel ayının sonunda Minskdə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistan prezidenti iştirak etməyib, Ermənistanın təşkilata üzvlüyü məsələsini Rusiya, Qazaxıstan və Belarus prezidentləri müzakirə ediblər. Lakin Ermənistanın üzvlüyü məsələsinin nə vaxt həll olunacağı dəqiqləşdirilməyib.
Avrasiya İqtisadi Komissiyasının İnkişaf və İnteqrasiya Departamentinin Beynəlxalq Əlaqələr şöbəsinin rəisi A.Azarov Avrasiya İqtisadi İttifaqının yaradılması haqda sazişin 29 mayda Astanada imzalanacağını elan etsə də, bildirib ki, Ermənistanın məsələsi hələ açıq olaraq qalır.
Xatırladaq ki, 29 Mayda Astanada Rusiya, Qazaxıstan və Belorus dövlət başçılarının iştirakı ilə keçiriləcək sammitində Avrasiya İttifaqı haqqında müqavilə imzalanmalıdır. Ermənistan prezidenti Serj Sarkisyan isə Astanaya getməyəcək.
Ömər Dağlı
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA
-
Qoroskop10:47
Şans bu 3 bürcün yanında olacaq