ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Bizi izləyin

Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini bəyənib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Qanun layihəsinə senatorların böyük əksəriyyəti səs verdi. İndi sənəd ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq. Sənəd daha sonra ABŞ prezidenti tərəfindən imzalanmalıdır.

Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur.

Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm