Putindən Körfəz ölkələrinə XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Putindən Körfəz ölkələrinə XƏBƏRDARLIQ

Rusiya prezidenti Vladimir Putin Körfəz ölkələrinin Amerika Birləşmiş Ştatlarının demokratikləşdirmə siyasətindən narahat olmalarını bəyan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bu haqda amerikalı rejissor Oliver Stounun “Putinlə müsahibə” (“The Putin Interviews”) adı altında yayımladığı sənədli filmdə danışıb. Bu sənədli filmdə Putin həmçinin, Suriya böhranı haqqında dəyərləndirmələr də edib.

Rusiya prezidenti Stounun bir sualının cavabında “ABŞ hər kəsi demokratikləşdirməyə çalışır. Düzünü deyim ki, onların yerində olsaydım, ABŞ-ın bir sonrakı həmləsinin nə olacağını düşünərdim. Suriya, Liviya, Misirdə olanlardan sonra növbəti həmlənin nə olacağını, hər halda, anlayırsınız”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm