Dünya
Məkkəni kim partlatmaq istəyib? – RƏSMİ BƏYANAT
Məkkənin əsas məscidi olan əl-Məscid əl-Haramda terror aktını xaricilər hazırlayırdılar.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, terrorçuların hərəkətləri xaricdən idarə olunurdu. İdarə əmindir ki, ölkədə vəziyyətin destabilizasiyası hazırlanan hücumun hədəfi idi.
Qeyd edək ki, dünən müsəlmanların müqəddəs şəhəri olan Məkkədə terror aktı törətməyə cəhd edilib.Terror planlaşdıran şəxsi Məkkədəki evlərdən birində yaxalamaq mümkün olub. O, polis əməkdaşlarına atəş açıb. Daha sonra özünü partladıb və bu zaman girov götürdüyü 6 nəfər xəsarət alıb.Əməliyyat zamanı ümumilikdə 5 nəfər saxlanılıb. Onlar arasında qadın da var.
Amerika kəşfiyyatının məlumatına görə, terror aktlarını İŞİD terror təşkilatı planlaşdırıb. Lakin hələ heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Ömər Dağlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi