Tillersondan Lavrova MƏXFİ XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Tillersondan Lavrova MƏXFİ XƏBƏRDARLIQ

Lavrov həmkarını növbəti dəfə əmin edib.

ABŞ-ın dövlət katibi Reks Tillerson Suriyada yeni kimyəvi hücumun mümkün nəticələri haqqında Rusiyanın xarici işlər naziri Sergey Lavrova məxfi xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu haqda “Daily Beast” nəşri şəxsi mənbəyinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Tillerson Rusiyanın Xarici İşlər Nazirliyinin başçısına bildirib ki, Suriyanın hökumət qoşunları qadağan edilmiş silahın tətbiqi ilə yeni hücuma hazırlaşır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Lavrov həmişəki kimi heç bir kimyəvi hücumun olmayacağını deyib.

Xatırladaq ki, Ağ Evin sözçüsü Şon Spayser Əsəd rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşması haqda məlumat əldə etdiklərini açıqlayıb.

“Bu hazırlıqlar aprelin 4-də həyata keçirilən kimyəvi hücumun təkrarının ola biləcəyinə işarə edir. ABŞ Suriyada İŞİD-ə qarşı mübarizə aparır. Lakin Əsəd kimyəvi silahdan istifadə edib daha bir kütləvi qırğına səbəb olsa, çox ağır şəkildə cəzalandırılacaq”, - Spayser bildirib.

Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klinçeviç isə deyib ki, ABŞ ordusu Suriyanın hökumət qüvvələrinə qarşı yeni hücuma hazırlaşır.

“Həyasız və görünməmiş təxribat hazırlanır. ABŞ bundan sonra konstruktiv həllə yaxınlaşan qüvvələrə zərbə endirəcək. Suriyada yerləşən Rusiya və digər ölkələrin qoşunları ciddi təklükə altındadır”, - deyə Klinçeviç bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm