Rusiya 25 ildən sonra döyüş əməliyyatlarını yeniləyir - FOTOFAKT
Bizi izləyin

Dünya

Rusiya 25 ildən sonra döyüş əməliyyatlarını yeniləyir - FOTOFAKT

Rusiya Dnestryanı ərazidəki hərbi bölmələrini ən yeni silah nümunələri ilə təchiz etməyə başlayıb.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda NATO Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin başçısı İrina Friz bildirib.

Onun sözlərinə görə, Rusiya tanınmamış respublikanın ərazisinə (Dnestryanı ərazinin cənubi-qərbində Ukraynanın Odessa vilayəti yerləşir - red.) hücum yeri kimi baxır. Deputat Dnestryanı ərazidə çəkilən fotonu dərc edib. Fotoda Rusiya qoşunlarının operativ qrupunun hərbi qulluqçularının təchizatını görmək olar.

“Onun yanında “Rossiya 1” telekanalının videosüjetindən kadrlar var. Rusiyanın Suriyadakı döyüşçülərdə və işğal edilmiş Krımda keçirilən “Abordaj” təlimlərində belə dəqiq təchizat görmək mümkündür. Belə təchizat Rusiyada yalnız xüsusi təyinatlılarda olur. Belə bir sual yaranır: Rusiya niyə xəbərdarlıqsız Moldova ərazisinə silah və fərdi müdafiə vasitələrinin ən yeni nümunələrini göndərsin? Axı orada son döyüş əməliyyatları 25 il bundan əvvəl baş verib. Bu gün bizdə əsaslandırılmış şübhələr var ki, Dnestyanı ərazidə Rusya qoşunlarının rəsmi strukturu və silahlanması reallıqlara uyğundur. Cavab açıqdır: Rusiya tanınmamış respublikanın ərazisinə cənub-qərb istiqamətində hücum edəcək qruplaşmanın operativ genişlənməsi yeri kimi baxır”, - Ali Radanın üzvü vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm