Dünya
Rusiya Ermənistanı tamamilə ƏLƏ KEÇİRİR: Moskvadan YENİ ADDIM
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış
edib.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki,
Volodin bu gün Moskvada Ermənistan parlamentinin spikeri Aroy
Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə bir
təklif səsləndirib.
Spiker bu təklifi Ermənistan nümayəndə heyətinin “Qırğızıstan və
Belarus vətəndaşlarında olduğu kimi, Ermənistan vətəndaşlarının da
sürücülük vəsiqələrinin Rusiyadan tanınması” ilə bağlı istəyinə
cavab olaraq irəli sürüb.
Volodin bildirib ki, Qırğısıztan və Belarus vətəndaşlarının
sürücülük vəsiqələrinin Rusiyada da tanınması haqda qərar qəbul
edilib: “Lakin Ermənistan bu imkandan məhrumdur. Qırğızıstan və
Belarus vətəndaşlarına bu hüquq ona görə verilib ki, bu iki ölkənin
vətəndaşları rus dilində öyrənirlər, onlar Rusiyaya işləməyə
gələndə biz onlara kömək edirik. Onların sürücülük vəsiqələri rus
dilindədir. Əgər Ermənistanda da rus dili rəsmi dil olarsa, bu
məsələ avtomatik olaraq erməni əvətəndaşlarına da şamil
olunacaq”.
Bu təklif Ermənistan cəmiyyətində narazılıqla qarılanıb. “Lragir”
saytı yazır ki, Rusiya rus dilinin rəsmiləşdirilməsi ilə
Ermənistanı tamamilə işğal etmək istəyir.
“Eyni cür təkliflər müxtəlif vaxtlarda müxtəlif cür səsləndirilib.
Lakin hamısının eyni hədəfi var: Ermənistanın müstəqilliyini zəbt
etmək”, - deyə sayt yazıb.
Asif
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı