Dünya
1 manatlıq dərman 560 manata satılıb
Türkiyədə saxtakarlıqla məşğul olan şəxslər soyuqdəymə dərmanlarını xərçəng dərmanı kimi satıblar. ANS PRESS-in məlumatına görə, İstanbul Polis İdarəsinin hazırladığı hesabatda bu barədə məlumat qeyd edilib. Dələduzlar 3 lirəlik (təqribən 1 manat) dərmanı 1500 lirəyə satıblar. Saxta dərman hazırlayanlar 30 adda əhəmiyyətli dərmanı saxtalaşdırıblar.
Saxta dərman hazırlayan dəstəyə qarşı keçirilən əməliyyat zamanı 5
min qutu dərman aşkar edilib. "Zaman" qəzetinin məlumatına görə,
dəstə saxta dərman üçün xammalı Suriya, İran, Misir, Liviya və
Azərbaycandan qaçaq yollarla aparıb.
Əməliyyat xəstəxanalardan çalışan tibb bacılarından birinin
ayıqlığı sayəsində başlayıb. Belə ki, xərçəng xəstəinə dərman verən
tibb bacısı onun qatılığının normal dərmandan fərqləndiyini görüb.
Komputer sistemində dərmanın nömrəsini axtarış verəndə isə onun
seriya nömrəsində uyğunsuzluq olduğunu görüb.
Dəstə 1 özəl, 4 onkoloq və professor, 7 əzcaçı və dərman deposu ilə
işləyiblər.
Ən dəhşətlisi isə izlənilən şəxslərin telefon danışıqları olub. Bu
danışqılardan birini təqdim edirik:
- Alıcı: Göndərilən dərmanlar saxtadır. Mən bunları paylamışam.
Geri toplaya bilmirəm. Sənin heç insafın yoxdur?
- Satıcı: Heç nə olmaz. Onsuzda öləcəklər.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı