24 azyaşlı qızla nikaha girən 145 uşaq atasına 5 il HƏBS CƏZASI
Bizi izləyin

Dünya

24 azyaşlı qızla nikaha girən 145 uşaq atasına 5 il HƏBS CƏZASI

Kanadanın əyaləti olan Britaniya Kolumbiyasının Ali Məhkəməsi 61 yaşlı Uinston Blekmoru və kürəkəni Ceyms Oleri çoxarvadlılıqda günahlandırır.

Publika.az bildirir ki, 1990-ci ildən 2014-ci ilədək Blekmor 24 qadınla evlənib və onlardan 145 uşaq dünyaya gəlib. 53 yaşlı kürəkəninin isə 5 arvadı var. Yahoo News xəbər verir ki, hər iki şəxsi 5 ilədək həbs cəzası gözləyir.

Bildirilir ki, onlar Müqəddəs İsa Məsih kilsəsinin təfriqəçi fundamental yepiskopları idilər. Oler və Blekmor Bauntiful yaşayış məskəninin sakinləridir. Bu yaşayış məskəni, daha doğrusu icma 1946-ci ildə yaradılıb və 1.5 min çoxarvadlılığı dəstəkləyən vətəndaşları özündə birləşdirir. Onlar özləri özlərinə yemək əldə edir, iqtisadiyyat da təbii mübadilə prinsipi üzərində qurulub.

Hakim bir məqama diqqət çəkib ki, Blekmor çox arvadının olmasını inkar etmir və bütün nikahları Kilsə qaydalarına uyğun olaraq Allah tərəfindən bəyənildiyini bildirir.

Prokurorluq 20 il ərzində Oler və Blekmora qarşı ittiham irəli sürməyə cəhd edib. Çünki arvadlar arasında azyaşlı qızlar da yer alır. Bəla burasındadır ki, çoxarvadlılığın qadağan olunması dini etiqad azadlığının pozulması anlamına gəlir. 2011-ci ildə boğaza yığılan məhkəmə qərara alır ki, çoxarvadlılığın acı fəsadları dini azadlığı məhdudlaşdırmaq üçün kifayət qədər güclü amillərdir. Nəticədə hər iki şəxs 2014-ci ildə məhkəməyə cəlb edilirlər.

Blekmorun vəkili proses zamanı bəyan edib ki, əgər onun müştərisi günahkar sayılarsa, çoxarvadlılığı qadağan edən normalardan şıkayət edəcək.

Publika.az eyni zamanda xatırladır ki, Müqəddəs İsa Məsih kilsəsinin sabiq prezidenti Uorren Ceffs yetkinlik yaşına çatmayan qızlara qarşı seksual zorakılığa görə Texas həbsxanasında ömürlük həbsə məruz qalıb. Deyilənə görə, o, indiyədək təşkilatı türmədən idarə edir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm