Dünya
15 min erməni yoxa çıxdı - İrəvan TƏŞVİŞ İÇİNDƏ
Son bir ildə Ermənistan əhalisi 15200 nəfər azalıb.
Publika.az “Novosti Armenia”ya istinadən xəbər verir ki,
bu barədə Ermənistanın milli statistika xidmətinin məlumatında
deyilir.
Məlumata görə, hazırda Ermənistan əhalisinin sayı 2 milyon 979
mindir.
“2016-cı illə müqayisədə erməni əhalisinin sayı 15200 nəfər azalıb.
Ümumi artım isə 2,5 min olub. Bu mənfi saldodur”, - deyə rəsmi
məlumatda qeyd olunur.
Bununla yanaşı, şəhərlərdə yaşayan əhali 7,7 min azalaraq, 1898000
olub. İrəvanda isə 1075100 əhali yaşayır. Kəndlərdə də əhalinin
sayı 7,5 min azalaraq, 1081900 olub.
2017-ci ilin yanvar-iyun ayı ərzində Ermənistanda yeni doğulan
uşaqların sayı 6,6 faiz (17169) azalıb.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan yeni seçilmiş
parlamentin ilk iclasında çıxışı zamanı demoqrafik problemin aradan
qaldırılması haqda söz vermişdi. Sarkisyan həmçinin qeyd etmişdi
ki, 2040-cı ilə qədər erməni əhalisinin sayı 4 milyon olmalıdır.
Lakin statistika rəqəmlər Sarkisyanın sözlərinin ritorika olduğunu
göstərir.
Asif
-
Sosial07:55
Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı
-
Yaxın Şərq02:19
Suriyada inanılmaz ucuzlaşma: 20 dollarlıq məhsul bir dollara satılır - FOTO
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni fürsətlərə açıq olun!
-
Hadisə17 Yanvar 23:10
Azərbaycanda dəhşətli partlayışda yaralananların SON DURUMU
-
Kriminal17 Yanvar 22:52
Arayikin məhkəmədə ŞOK İFADƏSİ - VİDEO/YENİLƏNDİ
-
Magazin117 Yanvar 22:50
Şadlıq sarayında Renkanı təhqir etdilər - VİDEO
-
Hadisə17 Yanvar 21:59
Azərbaycanda evdə partlayış oldu: 5 nəfər xəsarət aldı - FOTO/VİDEO
-
Elm və təhsil17 Yanvar 21:37
Təhsil İdarələrində kütləvi ixtisar olub? - RƏSMİ AÇIQLAMA