Region
İzmirdə meşə yanır: aviasiya cəlb edildi
Türkiyənin İzmir vilayətində yerləşən meşəlik ərazidə yanğın baş verib. Alovun ram edilməsi üçün aviasiya və yerüstü texnika cəlb olunub.
Publika.az xəbər verir ki, İzmirin Dikili rayonunda başlayan yanğın küləyin təsiri ilə yaşayış yerlərinə yaxın əraziyə yayılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində əhali təxliyə edilib, magistrallardan birində nəqliyyatın hərəkəti dayandırılıb.
Bölgəyə 10 xüsusi təyyarə, 6 helikopter, çox sayda texnika və canlı qüvvə cəlb olunub.
Hadisə ilə bağlı verilən açıqlamada yaşayış yerlərində təhlükənin qarşısının alındığı, üç evə yüngül zərər dəydiyi, alovun ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin davam etdiyi bildirilir.
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq




















.jpg)




.jpg)









