Hollivud ulduzu suriyalı qaçqınlar üçün məktəb açacaq
Bizi izləyin

Dünya

Hollivud ulduzu suriyalı qaçqınlar üçün məktəb açacaq

Hollivudun məşhur siması Corc Kluni və onun həyat yoldaşı Amal suriyalı qaçqın uşaqlar üçün məktəb açacaq.

Publika.az xəbər verir ki, aktyor Livan əsilli həyat yoldaşı ilə birlikdə “Ədalət üçün Kluni” vəqfi vasitəsilə qaçqın kimi Livana sığınan 3 mindən çox uşağa 7 məktəb tikdirəcək.

Vəqfin internet saytından verilən açıqlamada “HP”, “Google” və UNİCEF-in də layihəni dəstəklədiyi bildirilib.

Layihə 3.3 milyon dollarlıq büdcə ilə həyata keçiriləcək. Kluni bu addımla qaçqın uşaqlara təlim dəstəyi verməyi və onlara gələcəkdə lider ola bilmələri üçün yardım etməyi hədəflədiyini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm