PKK liderinin telefonunun Ermənistan Xarici İşlər Nazirliyinə aid olduğu ORTAYA ÇIXDI
Bizi izləyin

Dünya

PKK liderinin telefonunun Ermənistan Xarici İşlər Nazirliyinə aid olduğu ORTAYA ÇIXDI

“Ermənistan PKK terrorçularını bütün vasitələrlə dəstək verir”.

Publika.az
xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, Ermənistan PKK terrorçularına pasport verir: “PKK terrorçuları başda Avropa olmaqla müxtəlif ölkələrə Ermənistan pasportu ilə səyahət edirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir”.

G.Gülbey qeyd edib ki, PKK liderlərindən Murat Karayılanın istifadə etdiyi telefon Ermənistan Xarici İşlər Nazirliyinin balansına aiddir.

“Bu, Ermənistan-PKK işbirliyini sübut edən əsas faktlardan biridir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm