ABŞ-da məktəbdə partlayış - Ölən və yaralananlar var - YENİLƏNDİ
Bizi izləyin

Dünya

ABŞ-da məktəbdə partlayış - Ölən və yaralananlar var - YENİLƏNDİ

ABŞ-ın Minneapolis şəhərində məktəbdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA-nın verdiyi xəbərə görə, bundan əvvəl qismən dağılan məktəbdə iki nəfərin itkin düşdüyü bildirilirdi.

Son məlumata əsasən, itkin düşənlərdən birinin meyiti aşkarlanıb. Hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır kimi qiymətləndirilir.

Yay tətilinə baxmayaraq, təhsil müəssisəsində çox sayda müəllim və şagirdlərin olduğu bildirilir. Məlumata görə, məktəbdə yay kursları və müxtəlif idman seksiyaları fəaliyyət göstərir.

***

ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışdan sonra məktəbdə yanğın başlayıb.

Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm