Dünya
Bəşər Əsəd “erməni soyqırımı” iddialarını dəstəklədi
Suriya prezidenti Bəşər Əsəd Almaniyanın AFP xəbər agentliyinə verdiyi müsahibədə “Cenevrə-2” sülh konfransından sonra xalqın istədiyi halda bir saniyə düşünmədən belə prezidentliyə namizəd olacağını söyləyib.
Publika.Az –ın verdiyi xəbərə görə, Türkiyə və Səudiyyə Ərəbistanın terroru dəstəklədiyini bildirən Əsəd ermənilərin 1915-ci il iddialarını dəstəkləyib.
“Terrorçu vəhşiliyi Osmanlıların 1,5 milyon erməni və yarım milyon suriyalının öldürdüyü qırğınları xatırladır”, - Suriya prezidenti söyləyib. O, yenidən prezidentliyə namizəd olmaması üçün heç bir səbəb görmədiyini bildirib.
Suriya prezidenti “Cenevrə-2” sülh konfransına qatılacaq müxalifətin də xarici himayəçilər tərəfindən yaradıldığını bildirib:
“Hər kəs çox yaxşı bilir ki, konfransa qatılacaq bu qruplardan bəziləri bir müddət əvvələ qədər mövcud belə deyildi. Onlar Qətər, Səudiyyə Ərəbistanı, Fransa, ABŞ və digər ölkələrin kəşfiyyat xidmətləri tərəfindən qısa müddət ərzində yaradıldı. Bu qruplarla oturub danışanda əslində həmin ölkələrlə danışmalı olacağıq. “Cenevrə-2” konfransı sonrası keçid hökumətinə müxalifətin də alınması əslində bəhs etdiyim ölkələrin Suriya hökumətinə daxil edilməsidir.
Fransa, Qətər, ABŞ və ya Səudiyyənin Suriyada həllin bir parçası olması məntiqlidirmi? Bu təkliflər həqiqətdən uzaqdır, amma zarafat olaraq gözəldir. Bu müxalifət keçən il Suriyanın 70 faizinə nəzarət etdiklərini iddia edirdi. İndi həmin bölgələrin şəklini çəkdirmək üçün yarım saat sərhədə gəlib qaçırlar. Qərb ölkələri də bu terror təşkilatlarına siyasi dəstəyi təmin etməməlidir. “Cenevrə-2”dən götürülücək ən əhəmiyyətli nəticə bu ola bilər”.
Ömər Dağlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...