Tramp ABŞ-ın nüvə gücündən danışdı: “Ümid edirəm ki...”
Bizi izləyin

Dünya

Tramp ABŞ-ın nüvə gücündən danışdı: “Ümid edirəm ki...”

“ABŞ-ın nüvə arsenalı bu gün heç vaxt olmadığı qədər güclüdür”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

Amerika prezidenti eyni zamanda ümid etdiyini bildirib ki, ABŞ-a heç vaxt onu tətbiq etmək lazım olmayacaq.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, ABŞ-da bunkerlərdə 7 min nüvə döyüş başlığı var. 2009-cu ildə hakimiyyətə dünyanı nüvə silahından azad edəcəyi barədə vədlə gələn Barak Obama onun müasirləşdirilməsi proqramını təsdiqlədi. Yeni prezident Donald Tramp administrasiyası nüvə arsenalının bütün triadasının - yerüstü, hava və sualtı silahlarının yenilənməsini nəzərdə tutur: “Ohayo" sinfindən olan 14 sualtı gəminin əvəzlənməsi, B-52 və B-2 bombardmançılarının müasirləşdirilməsi, həmçinin “Trident D-5” və Minuteman III” sistemlərinin yenilənməsi. B61-12 bombası yeni arsenalın əsas qüruru olub. Pentaqonun versiyasına görə, B61-12 bombaların dörd müxtəlif növünü əvəz edəcək.

Son bir neçə onillik ərzində ABŞ-ın nüvə arsenalı yerüstü, sualtı gəmilər və strateji bombardmançılarda yerləşdirilən qitələrarası ballistik raketlərindən ibarətdir. ABŞ 1960-cı illərin əvvəlindən məhz “nüvə triadası” adlandırılmış strateji nüvə gücləri prinsipini dəstəkləyir.

Hələ ötən il məlum olub ki, ABŞ Hərbi Hava Qüvvələri raket-nüvə müharibəsində istənilən hipotetik rəqibin tam məhv edilməsinə zəmanət verən 400 yeni qitələrarası ballistik raketi nüvə arsenalına qəbul etməyi planlaşdırır. 2030-cu illərdən döyüş növbəsinə veriləcək raketlər 2075-ci ilə qədər döyüş növbəsində olacaq.

Hazırda “Minuteman III” qitələrarası ballistik raketlər ABŞ Hərbi Hava Qüvvələrinin üç - Uorren (Vayominq ştatı), Malmstrem (Montana ştatı) və Maynot (Şimal Dakota ştatı) bazalarında yerləşir. Hər bazada 150 raket var. Rusiya və ABŞ arasında imzalanan Praqa müqaviləsinin (2010-cu il aprelin 8-i red.) icrası çərçivəsində 50 raket ixtisar edilməli və “Minuteman III”lərin sayı 400-dən çox olmamalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm