“Xalqı həlak olacaq, rejimin sonu olacaq” – ABŞ-dan ŞOK TƏHDİD
Bizi izləyin

Dünya

“Xalqı həlak olacaq, rejimin sonu olacaq” – ABŞ-dan ŞOK TƏHDİD

“Koreya Xalq Demokratik Respublikası nüvə proqramını dayandırmalı, rejimin sonuna və xalqının həlak olmasına gətirib çıxaracaq addımlardan imtina etməlidir”.

Publika.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis deyib.

“Kim Çen In (Koreya Xalq Demokratik Respublikasının lideri – red.) BMT Təhlükəsizlik Şurasının vahid mövqeyini və dünya hökumətlərinin bəyanatlarını qəbul etməlidir. Onlar razılaşıblar ki, Koreya Xalq Demokratik Respublikası qlobal təhlükəsizlik və sabitlik üçün təhlükə təşkil edir”, - Pentaqon rəhbərinin bəyanatında deyilir.

Xatırladaq ki, ötən həftənin şənbə günü BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikası üzrə yeni qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ölkəyə qarşı sanksiyaları sərtləşdirir. ABŞ-ın hesablamalarına görə, məhdudiyyətlərin tam icrası Pxenyanın illik valyuta gəlirlərini indiki 3 milyard dollardan 1 milyard dollar qədər azaltmağa imkan verəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm