Vaşinqtonun geostrateji marağı: Ukrayna–Rusiya müharibəsi hazırlanır
Bizi izləyin

Dünya

Vaşinqtonun geostrateji marağı: Ukrayna–Rusiya müharibəsi hazırlanır

Vaşinqtonun geostrateji marağı: Ukrayna–Rusiya müharibəsi hazırlanır

“ABŞ var gücü ilə Rusiyanı Ukraynanın şərqində hərbi qarşıdurmaya cəlb etməyə çalışır. Dövlət katibi Con Kerrinin bəyanatı da Ukrayna və Rusiyanın silahlı qarşıdurmasında ABŞ-ın maraqlı olduğunu təsdiqləyir”.

Publika.az - ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, belə bir iddia ilə ölkənin “Həftəlik 2000” qəzeti çıxış edib.

Qəzet hesab edir ki, Ukraynanın şərqində gərginliyin artması Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi üçün ABŞ-a əsas verə bilər. “Rusiya Ukraynanın şərqindəki böhranın güc tətbiqi ilə həllinin yolverilməz olduğunu dəfələrlə bildirib. Kiyev bir tərəfdən “dəyirmi masalar” təşkil edir, digər tərəfdən isə hərbi əməliyyatlar həyata keçirir. Kiyevin davranışı ABŞ-ın geostrateji planlarına tamamilə uyğun gəlir: Rusiyanın beynəlxalq hüquq normalarını pozan dövlət obrazının yaradılması və onun təcrid edilməsi. Birləşmiş Ştatlar açıq şəkildə nəzərə alır ki, döyüş əməliyyatlarının davamı Rusiyanı Ukrayna ilə silahlı qarşıdurmaya cəlb edəcək”, yazıda qeyd edilib.

Həmçinin bildirilir ki, C.Kerrinin bəyanatı Rusiya prezidentinin Çinə səfəri ərəfəsində verilməsi təsadüf sayıla bilməz: “Əgər ABŞ Rusiyanı Ukrayna ilə münaqişəyə cəlb edə bilsəydi, o halda Çinlə danışıqlar təhlükə qarşısında olardı. Təbii ki, Çin hərbi münaqişədə olan dövlətlə razılaşmayacaq. Pekin yaxşı başa düşür ki, sanksiyalara məruz qalan partnyorla ticarət münasibətlərini yaratmaq təhlükəlidir. Səfər ərəfəsində Putin atdığı addımla göstərdi ki, Rusiya-Çin danışıqlarına zərbə vurmaq istəyən ABŞ-ın planlarından xəbərdardır və bu planları pozacaq. Rusiya prezidenti Ukrayna sərhədindəki hərbi qruplaşmaların daimi dislokasiya yerlərinə qaytarılması barədə əmr verdi. O, bununla da təsdiq etdi ki, Kiyev və Ukraynanın şərqi arasında dialoqu dəstəkləyir”.

Qəzet yazır ki, Asiya istiqamətində Vaşinqtonun müvəffəqiyyətsizliyini təsdiqləyən digər bir amil RusiyaÇin birgə hərbi təlimlərin keçirilməsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm