Tarix açıqlandı: 27 minlik ordu HÜCUMA KEÇİR
Bizi izləyin

Dünya

Tarix açıqlandı: 27 minlik ordu HÜCUMA KEÇİR

Suriyanın şimalında YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu –red.) qarşı əməliyyata hazırlıqlarını başa çatdıran Türkiyə eyni zamanda, ABŞ, Rusiya və İranla danışıqları davam etdirir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, İran və Rusiya ilə danışıqlarda Afrin mövzusunda razılaşma əldə edilib.

Moskva və Vaşinqton isə İdlibdə “Əl-Nüsra” Cəbhəsinə qarşı keçiriləcək əməliyyata Türkiyənin də dəstək verməsini istəyib. Ankaranın cavabının müsbət olduğu bildirilir.

Türkiyənin İran və Rusiya ilə əldə etdiyi razılaşmalara əsasən, terror təşkilatlarından təmizlənəndən sonra həm Afrin, həm də İdlib təhlükəsizlik zonası elan ediləcək.

Türkiyə Silahlı Qüvvələri isə Suriyanın şimalında həyata keçirəcəyi əməliyyat üçün hazırlıqlarını başa çatdırıb. Bölgəyə “Fərat Qalxanı” hərəkatında istifadə olunandan iki dəfə çox ağır silah və sursat gətirilib, 7 mindən çox əsgər yerləşdirilib. Azad Suriya Ordusunun təxminən 20 min döyüşçüsü əməliyyat üçün əmr gözləyir.

Qurban bayramından sonra başlanması planlaşdırılan əməliyyatın hədəfi YPG-nin Suriyanın şimalından təmizlənməsidir. Əməliyyatın təşkilatın nəzarətində olan Afrin və ya Tel-Abyaddan başlanması gözlənilir. Ancaq hərbi mənbələrə görə, əməliyyat eyni vaxtda bir neçə istiqamətdə başlana bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm