Ginekoloji kabinetlərdə... - Baş həkimdən ŞOK HƏRƏKƏT
Bizi izləyin

Dünya

Ginekoloji kabinetlərdə... - Baş həkimdən ŞOK HƏRƏKƏT

Kameralar polis tərəfindən yoxlama zamanı aşkarlanıb.

Rusiyanın Kostrama vilayətində klinikalardan birinin baş həkiminə qarşı iki ginekoloji kabinetdə gizli müşahidə kameralarının quraşdırılmasına görə cinayət işi qaldırılıb.

Publika.az xəbər verir ki, bu haqda “Layf.ru” portalı yazıb.

Kameralar polis tərəfindən yoxlama zamanı aşkarlanıb. Məlumata görə, kameraların qeydə aldığı bütün videoçarxlar baş həkimin kabinetində qurulmuş serverə ötürülürdü.

İstintaqın versiyasına görə, videokamera sistemini 5,8 min (təxminən 70 dollar) rubl qarşılığında klinikanın rəhbərinin dostu quraşdırıb.

Baş həkimin sözlərinə görə, videokameraları müştərilərin özlərinin təhlükəsizliyi üçün qurub. Bildirilir ki, məqsəd həkimlər tərəfindən oğurluqlar və səhvlərin qarşısını almaq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm