Dünya
Piylənməyə görə həkimə aparılan 13 yaşlı qız hamilə çıxdı
Hindistanın Mumbay şəhərində yaşayan bir ailə 13 yaşlı qızının qarnının getdikcə şişdiyini görüb və piylənmə xəstəliyinə tutulduğunu sanaraq onu həkimə aparıb.
Publika.az xəbər verir ki, xəstəxanada azyaşlının hamilə olduğu ortaya çıxıb.
13 yaşlı qızın təcavüzə uğradığı və təcavüzün qızın atasının yaxın dostu tərəfindən həyata keçirildiyi bildirilib. Azyaşlının ailəsi abort qərarı üçün Hindistan Ali Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.
13 yaşlı qız hazırda 30 həftəlik hamilədir. Hindistan qanunlarına görə isə dölün 20-ci həftəsindən sonra abort etmək qadağandır.
Azyaşlının həkimi, ginekoloq Nikil Datar mətbuata verdiyi açıqlamada azyaşlı hamilə qızın abort edilməsini tövsiyə etdiyini deyib:
“Qızın bel sütunu uşağı hamiləliyin sonuna kimi daşıyacaq qədər inkişaf etməyib. Aborta icazə verilməsə, “ana” fiziki və psixoloji baxımdan travma yaşayacaq. Həyatı və sağlamlığı təhlükə altındadır”.
Hindistanda son bir neçə ayda buna bənzər 3-dən çox hadisə baş verib. Təcavüz hadisələrinin çoxunun üzə çıxmamasına səbəb isə hamiləliyin 20-ci həftədən tez aşkar edilməsi və abortun həyata keçirilməsidir.
Zümrüd
-
Kriminal23:00
Buzovnadakı dəhşətli qətlin TƏFƏRRÜATI - VİDEO
-
Magazin122:48
“Yalı çapkını”na görə Ülviyyəyə QADAĞA QOYULDU
-
İdman22:36
Azərbaycanın güllə atıcısı dünya çempionu oldu
-
Avropa22:00
Durovun sevgilisi həmin vaxt hamilə imiş, amma... - FOTO
-
Banklar 21:00
Kredit kartları ilə bağlı YENİLİK: verilmə qaydaları sərtləşdirilə bilər - VİDEO
-
Art20:36
Türk ulduzun Bakıdakı monotamaşası anşlaqla qarşılandı - FOTO
-
Magazin120:00
Nicat dayısı Yaşar ilə eyni səhnədə... - VİDEO
-
Nida Xəbər 19:00
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE