Dünya
Tvitterdən istifadəçisinə QEYRİ-ADİ CƏZA: Səbəbi sizi də TƏƏCCÜBLƏNDİRƏCƏK
Yaponiyadan olan istifadəçi Tvitterdə ömürlük blok olunub.
Publika.az bildirir ki, @nemuismywife ləqəb-adlı istifadəçi onu dişləyən ağcaqanada ölüm arzuladığı üçün sosial şəbəkədən sərt cəza alıb. Bu barədə “Mashable” məlumat yayıb.
Mikrobloqer hesabında yazıb: "Əclaf! Sən məni dişlədin, indi Öl! Əslində, sən artıq ölüsən".
Bundan sonra ona platformanın administrasiyasından xəbərdarlıq gəlib ki, hesab həmişəlik donduruldu. Eyni zamanda, qeyd olunub ki, hesab daha heç vaxt aktivləşməyəcək.
İstifadəçi baş verənləri danışmaq üçün yeni hesab - @DaydreamMatcha açaraq "Ağcaqanadların qətli hüquq pozuntusudur?", - başlığı ilə Tvitter administrasiyasına açıq müraciət edib.
Məzəli post virus kimi ildırım sürəti ilə yayılıb. Şəbəkə üzrə 33 min istifadəçi bunu bölüşüb.
“Mashable” eyni zamanda, qeyd edir ki, kiberbullinq Tvitter üçün böyük problemdir. Bu yaxınlarda şirkət təhqir və hədələrə qarşı mübarizəni daha da gücləndirib. Hətta sosial şəbəkə bir sıra sözlərə görə avtomatik bloklanmanı təmin edən alqoritm yaradıb. Sistem ona daxil edilən müəyyən sözlərə reaksiya verir və dərhal hesab bağlanır. Sözügedən insidentdə işlədilən “bastard”, “die”, “dead” və s. sözlər də “qara siyahı”ya salınanlardandır.
Zaur H.
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR