Dünya
Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı
Almaniyanın Ankaradakı səfiri Köln şəhərində PKK-ya dəstək aksiyasının keçirilməsinə görə Türkiyə XİN-ə çağırılıb.
Bu barədə Türkiyə XİN -in məlumatında bildirilir.
"Almaniya hakimiyyətinin sentyabrın 16-da Köln şəhərində PKK-ya
dəstək aksiyasının keçirilməsinə və terrorçuluğun təbliğatına icazə
verməsini qətiyyətlə pisləyirik. Almaniya səfiri XİN-ə dəvət
olunub, ona sərt reaksiya bildirilib. Almaniya hakimiyyəti festival
adı altında təşkil olunan aksiya zamanı Almaniya qanunvericilinə
zidd olan PKK simvolikası, təşkilatın başçısı Abdulla Ocalanın
portretlərinin nümayiş etdirilməsinə göz yumublar. PKK
başçılarından biri isə aksiyada çıxış edərək terroru tərifləyib", -
deyə məlumatda bildirilir.
Türkiyə XİN-in məlumatında qeyd olunub ki, Almaniya tərəfi bu cür
aksiyaların keçirilməsinə icazə verməyəcəyini vəd etdikdən sonra bu
həmin ölkə ərazisində artıq ikinci analoji tədbirdir: "Terrorla
mübarizədə Almaniyanın nümayiş etdirdiyi bu cür ikili standartlar
terrorla qlobal mübarizə fonunda böyük narahatlıq doğurur. Biz
Almaniyanı onunla hərtərəfli mübarizə aparmaq prinsipinə əməl
etməyə çağırırır", - deyə sənəddə bildirir. (APA)
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı