Dünya
İsveçdə nümayiş: 23 nəfər həbs edildi

İsveçin ikinci böyük şəhəri Qöteburqun hüquq-mühafizə orqanları tərəfindən neonasistlərin və onların əleyhdarlarının şənbə günü keçirilən nümayişindən sonra 23 nəfər həbs edilib.
Publika.az-ın report-a istinadən məlumatına görə, bu barədə
İsveç Prokurorluğunun mətbuata açıqlamasında bildirilir.
Qeyd olunur ki, Qöteburqun növbətçi prokuroru şənbə və bazar gününə
keçən gecə ərzində zorakılıqlarla müşahidə olunan kütləvi
qarışıqlıqlar törətməkdə şübhəli bilinən 23 nəfərin həbsi barədə
qərar qəbul edib.
Prokurorluq həbs edilən fəalların hansı siyasi qrupa aid olduğunu
açıqlamayıb. Bildirilir ki, onların 22-si kişi, 1-i qadındır. Həbs
edilənlər 20-50 yaşlı insanlardır. Onların əksəriyyəti - 21 nəfəri
İsveç, 2-i şimali Avropa ölkələrinin vətəndaşlarıdır.
Təxminən 600-700 nəfərin iştirak etdiyi "Şimali Avropa Müqavimət
Hərəkatı" neonasist təşkilatının nümayişi şəhər mərkəzi üzrə, bir
neçə yüz metrlik marş kimi planlaşdırılıb. Ancaq neonasistlər bir
neçə min fəal yığmış rəqiblərinə - sol radikal qrupların
nümayəndələrinə görə yerlərindən tərpənə bilməyiblər.

-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər
-
Magazin119 Aprel 22:00
"50 yaşında uşaq bezi oynadım?" - FOTO