Nazarbayev dünyaya xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Nazarbayev dünyaya xəbərdarlıq etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana iqtisadi Forumunda BMT və Dünya Bankını yoxsulluq və aclıqla birgə mübarizə aparmağa çağırıb.

Forumda çıxış edən Nazarbayev dünyada yoxsulluğun getdikcə artdığını, 1.5 milyard insanın gündəlik 1 dollara işlədiyini, təxminən 200 milyon insanın işsiz olduğunu deyib. Nazarbayev eyni zamanda bildirib ki, yoxsulluğun yüksək olduğu Asiya və Afrikada iqtisadi inkişafı sürətləndirmək üçün önəmli layihələr lazımdır. Dünya iqtisadiyyatındakı dəyişikliklərə də toxunan Nazarbayev 2008-ci il dünya iqtisadi böhranın yenidən baş verə biləcəyi və bunun daha artıq ziyan verəcəyi ilə bağlı xəbərdarlıq edib. /Axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm