Ruhani ABŞ-a MEYDAN OXUDU: “10 Tramp da gəlsə…”
Bizi izləyin

Dünya

Ruhani ABŞ-a MEYDAN OXUDU: “10 Tramp da gəlsə…”

ABŞ prezidenti Donald Trampın 2015-ci ildə İran, Rusiya, ABŞ, Fransa, İngiltərə, Çin və Almaniyanın birlikdə imzaladığı P 5+1 nüvə müqaviləsini pozmaq barədə fikirlərinə İranın cavabı gecikmədi.

Publika.az xəbər verir ki, Tehranda tələbələr qarşısında çıxış edən prezident Həsən Ruhani “geri qaytara bilməyəcəyimiz faydalar təmin etdik. Tramp yox, 10 Tramp da gəlsə, bunları heç kim geri ala bilməz”.

ABŞ-a xəbərdarlıq edən Həsən Ruhani bildirib ki, əgər ABŞ müqaviləni pozsa, bütün dünya İranı deyil, ABŞ-ı tənqid edər.

Müqaviləyə əsasən, Tehran nüvə proqramının nəzarəti qəbul edib və nəticədə İrana qarşı sanksiyalar ləğv olunub. Son vaxtlar İranla nüvə razılaşmasını pozacağını açıqlayan Tramp adminstrasiyasının İran İslam İnqilabı keşikçilər Korpusu (SEPAH) və Livanın Hizbullah təşkilatına qarşı addımlar atacağı gözlənilir.

Qeyd edək ki, D.Tramp seçki kampaniyası ərəfəsində sələfi Barak Obama dövründə imzalanan nüvə razılaşmasını qarşı olduğunu dəfələrlə vurğulamışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm