Dünya
“Bu, İrana qarşı müharibə elanı sayılacaq” - Tehrandan sərt AÇIQLAMA

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilməsi İrana qarşı müharibə elanı anlamına gələcək.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib.
O, həmçinin bildirib ki, ABŞ İranla imzalanan nüvə razıaşmasından çəkiləcəyi halda, beynəlxalq arenada doğuracaq nəticələrə də hazır olmalıdır. Əli Əkbər Salehi İranın ABŞ-ın davranışına uyğun qərarlar qəbul edəcəyini deyib.
İranla "altılıq" ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır. İranla nüvə razılaşmasını “ABŞ tarixinin ən pis razılaşması” adlandıran ABŞ prezidenti Donald Tramp ölkəsini müqavilədən geri çəkmək niyyətindədir.
Bu gün isə Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını elan edib. Yeni strategiyada “Sepah”a qarşı addımlar da nəzərdə tutulur.
Ömər Dağlı

-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI