İrlandiyada məktəblər bağlandı - "Ofeliya" təhlükəsi
Bizi izləyin

Dünya

İrlandiyada məktəblər bağlandı - "Ofeliya" təhlükəsi

İrlandiyanın sahillərinə 3-cü dərəcəli qasırğa yaxınlaşır. Vəziyyətlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

Publika.az xəbər verir ki, CBC telekanlının yaydığı məlumata görə, İrlandiyaya yaxınlaşmaqda olan "Ofeliya" qasırğası səbəbindən ölkənin qərb istiqamətində rayon və qəsəbələrin sakinlərinə xəbərdarlıq edilib, bir sıra təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

İrlandıyanın Təhsil Nazirliyi tərəfindən qəbul edilən rəsmi qərara əsasən, ölkədə fəaliyyət göstərən kolleclər, məktəb və digər təhsil müəssisləri bazar ertəsindən etibarən bağlanıb.

Britaniyanın meteoroloji agentliyinin yaydığı məlumata görə, “Ofeliya” qasırğasının həftə sonuna qədər davam edəcəyi gözlənilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm