Dünya
Yeni nazirlik YARADILDI - 27 yaşlı şəxs RƏHBƏR OLDU
ABŞ, Yaponiya, Çin, Cənubi Koreya kimi texnologiya istehsalı ilə məşğul olan ölkələrin ağlına gəlməyəni Birləşmiş Ərəb Əmirlikləri edib. Ölkədə Süni İntellekt nazirliyi yaradılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, texnologiya dünyasında robotlar başda olmaqla bütün yeni nəsil qurğuların işinin əsasını təşkil edən süni intellekt nazirliyinə artıq təyinat da olub.
BƏƏ-nin baş nazirinin müavini, baş nazir və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumu bu barədə tviterdə məlumat paylaşıb. Onun sözlərinə görə, yeni nazir vəzifəsinə 27 yaşındakı Ömər Bin Sultan Əl Olama təyin edilib.
Əvvəl baş nazirlikdə gələcəkdən məsul direktor kimi işləyən gənc nazir, bundan sonra süni intellekt texnologiyası, istifadə yerləri və təhlükəsizliyi kimi işlərə nəzarət edəcək.
Bu günlərdə BƏƏ 2031-ci ilə qədər olan süni intellekt strategiyasını paylaşdı. Yeni strategiyaya görə, süni intellektlə yanaşı robotlar, Marsda yerləşmək kimi mövzular gündəmdə olacaq. 2021-ci ildə kağızla olan bütün yazışmalar elektronlaşdırmaq, 2030-cu ildə bütün əmirliklərdə nəqliyyat şəbəkəsinin 25 faizini avtonom etmək, 2050-ci ildə istehsal edilən enerjinin 75 faizini təmiz mənbələrdən əldə etmək, 2117-ci ilə qədər Marsa yerləşmək kimi hədəflər var.
Gülxar
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi