Müharibə QAPIDA: ordu Türkiyə sərhədinə çatdı, döyüş başladı
Bizi izləyin

Dünya

Müharibə QAPIDA: ordu Türkiyə sərhədinə çatdı, döyüş başladı

İraq Məsud Bərzani rejimini küncə sıxışdırırır. Ötən həftə Sincarı peşmərgədən alan İraq ordusu Türkiyə sərhədinə doğru yaxınlaşır.

Publika.az
xəbər verir ki, Duhokun qərbini keçərək Feys Habura çatan İraq əsgərlərinin bu gün səhər saatlarında bölgədəki peşmərgə ilə toqquşduğu deyilir.

İraq ordusunun hədəfi Ankara və Bağdadın açmağı planlaşdırdığı Ovaköy yeni sərhəd qapısıdır. Artıq qısa müddətdən sonra İraq əsgərləri sərhədə çatacaq.

Dünən ABŞ dövlət katibi Reks Tillersonun Bağdada səfəri isə sürpriz oldu. Səudiyyə Ərəbistanında səfər zamanı Tillerson İranın dəstəklədiyi Haşdi Şabi güclərinin İraqdan çıxmasını tələb etdi. Lakin Bağdadda baş nazir Heydər əl İbadi ilə görüşən zaman Tillerson istədiyi zamanı ala bilmədi.

Tillerson Bağdadla Ərbilin müharibəni dayandırmasını istədi və dialoq təklifini irəli sürdü.

İbadi isə Haşdi Şabini müdafiə edərək, “bu təşkilat İraqın rəsmi dövlət qurumlarından biridir, konstitusiya dövlət xaricində heç bir silahlı gücün iştirakına icazə vermir” deyə bildirdi.


İraqın baş naziri sabah Ankaraya səfər edərək. Türkiyə-İraq münasibətləri kürdlərin referendumundan sonra olduqca sıxlaşıb. Məsud Bərzani isə dünən axşam Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Makron tərəfləri dialoqa dəvət edib.

Lakin İraq ordusu geri çəkilmir. Artıq Türkiyə sərhədlərinə çatan iraq əsgərləri ilə peşmərgə arasında yeni toqquşmaların olacağı an məsələsidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm